525.Az
ABŞ-ın daşıyıcı raketi start zamanı partladı
ABŞ-ın “Cygnus” kosmik gəmisini orbitə çıxaracaq “NASA”-nın “Antares” daşıyıcı raketi Uollops adasındakı kosmodromda start zamanı partlayıb.
525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, partlayış startdan dərhal sonra, yerli vaxtla saat 18.23-də (Bakı vaxtı ilə 02.23-də) baş verib. Partlayışın səbəbləri açıqlanmır.
İnsident nəticəsində xəsarət alan olmayıb.
Məlumata görə, “Cygnus” yük gəmisi kosmik stansiyanın ekipajı üçün avadanlıq aparacaqmış.
29.10.2014
çap et