525.Az

Niderlandda şagirdlərə smartfondan istifadə qadağan edilib


 

Niderlandda şagirdlərə smartfondan istifadə qadağan edilib<b style="color:red"></b>

Niderlandda ibtidai məktəblərdə, eləcə də orta və liseylərdə smartfonlardan istifadə şagirdlərin diqqətini yayındırdığı və imtahan nəticələrinə mənfi təsir göstərdiyi üçün qadağan edilib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Təhsil, Mədəniyyət və Elm Nazirliyi həftənin əvvəlindən etibarən ibtidai siniflərdə dərs zamanı smartfonlardan istifadənin qadağan edilməsi barədə qərar qəbul edib.

Qərardan sonra şagirdlərin smartfonlardan yalnız müvafiq kurslarda tədris məqsədləri üçün və ya sağlamlıq və ya fiziki qüsurlar kimi müstəsna hallarda istifadə etməyə icazə veriləcək.

Smartfonların şagirdlərin diqqətini yayındırdığı və imtahan nəticələrinə mənfi təsir göstərdiyi əsas gətirilərək verilən qərar artıq orta və ali məktəblərdə də tətbiq edilib.

İbtidai məktəblərin də qadağaya daxil edilməsi ilə ölkədəki bütün məktəblərdə smartfonlardan istifadə qadağan edilib.

Qeyd edək ki, Yunanıstan, İtaliya və Belçikanın fransız dilli bölgələrində tətbiq edilən qadağanın Almaniyada da gündəmdə olması gözlənilir.

Malik Atilay

 





05.09.2024    çap et  çap et