525.Az

Küveyt sularında İrana məxsus yük gəmisi batıb


 

Küveyt sularında İrana məxsus yük gəmisi batıb<b style="color:red"></b>

Küveyt sularında İrana məxsus yük gəmisinin batdığı, gəmidə olan 6 ekipaj üzvündən 3-nün cəsədinin tapıldığı bildirilib.

525.az xəbər verir ki, İranın yarı rəsmi Mehr Xəbər Agentliyinin məlumatına görə, Limanlar və Dənizçilik Təşkilatının Dəniz Təhlükəsizliyi və Mühafizəsi üzrə baş direktoru Nasir Pesende İranın “Ara Bəhter Yek” adlı yük gəmisinin Küveytin ərazi sularında batdığını açıqlayıb.

Pesende, xəbəri alan kimi Küveyt Dəniz Axtarış və Xilasetmə Əməliyyat Mərkəzi ilə əlaqə saxladıqlarını və axtarış-xilasetmə əməliyyatına başlanıldığını bildirib.O,  qayıqda İran və Hindistan vətəndaşı olan 6 ekipaj üzvündən 3-nün cəsədinin tapıldığını, digər 3 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

İran rəsmisi hadisə ilə bağlı ətraflı məlumatın daha sonra ictimaiyyətlə paylaşılacağını qeyd edib.

Malik Atilay

 





05.09.2024    çap et  çap et