525.Az

İsveçrə Bağdad səfirliyini 33 ildən sonra yenidən açıb


 

İsveçrə Bağdad səfirliyini 33 ildən sonra yenidən açıb<b style="color:red"></b>

İsveçrə 33 ildən sonra İraqdakı Bağdad səfirliyini yenidən açıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada: "İsveçrə 1991-ci il Körfəz Müharibəsi səbəbiylə əvvəlki nümayəndəliyini bağladıqdan 33 il sonra bu gün İraqdakı səfirliyini yenidən açıb", - deyilib.

Bəyanatda qeyd olunub ki, Federal Şura Bağdad səfirliyini yenidən açmaqla İraqla ikitərəfli əlaqələri gücləndirmək və iqtisadi, təhlükəsizlik və miqrasiya mövzularında əməkdaşlığı dərinləşdirmək istəyir.

Malik Atilay

 





05.09.2024    çap et  çap et