525.Az

Cənubi Koreya və ABŞ-nin birgə təlimi


 

Cənubi Koreya və ABŞ-nin birgə təlimi<b style="color:red"></b>

Cənubi Koreya və ABŞ iki ölkənin dəniz piyadalarını daşıyan 50-dən çox amfibiya vasitəsi ilə eniş imkanlarını artırmaq üçün birgə təlim keçirib.

525.az xəbər verir ki, "Yonhap" xəbər agentliyinin verdiyi məlumata görə, Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin Dəniz Piyadalarının birgə təlimi ilə bağlı açıqlama verilib.

Paytaxt Seuldan 273 kilometr cənub-şərqdə yerləşən Pohang şəhərində keçirilən təlimdə pilotsuz uçuş aparatları, F-35B döyüş təyyarələri və AH-1Z döyüş helikopterlərindən istifadə edildiyi bildirilib.

Açıqlamada ABŞ və Cənubi Koreya dəniz piyadalarını daşıyan 50-dən çox amfibiya vasitəsinin çimərliyə eniş etdiyi, təlimin məqsədinin iki ölkə qoşunlarının desant imkanlarını artırmaq olduğu bildirilib.

Malik Atilay

 





05.09.2024    çap et  çap et