525.Az

Suares Jardelin “göstərici"sini təkrarladı


 

Suares Jardelin “göstərici"sini təkrarladı<b style="color:red"></b> FİFA-nın açıqladığı “Qızıl top”a namizədlərin sırasında “Barselona”nın hücumçusu Luis Suares yer almayıb.

Lent.az-ın məlumatına görə, 27 yaşlı forvard 2002-ci ildən bəri ilkə imza atmış olub. Qeyd edək ki, ötən mövsüm “Liverpul”un heyətində mükəmməl oyun sərgiləyən və “Qızıl buts” mükafatına sahib çıxan Suares dünya çempionatında rəqib oyunçunun çiynini dişlədiyi üçün 4 ay yaşıl meydanlardan uzaqlaşdırılmışdı. “El-Klasiko” ilə meydanlara qayıdan uruqvaylı qolçu Mario Jardeldən sonra “Qızıl buts” mükafatını qazanıb, “Qızıl top”a namizədlərin sırasına düşə bilməyən ikinci futbolçu olub.

Xatırladaq ki, 2001-2002 mövsümündə Jardel “Sportinq”in (Lissabon) heyətində 42 qol vuraraq, “Qızıl buts”u qazansa da, “Qızıl top”a namizədlərdən ola bilməmişdi. Həmin il “Qızıl top” mükafatı braziliyalı Ronaldoya verilmişdi. 
 





29.10.2014    çap et  çap et