Almaniyanın xarici işlər naziri Annalena Berbok ukraynalı həmkarı Dmitri Kulebanın istefasına münasibət bildirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Berbok Kulebanın vəzifəsindən ayrılmasına görə təəssüfləndiyini bildirib.
O, X sosial şəbəkəsində bununla bağlı etdiyi paylaşımda yazıb:
“Gecə qatarlarında, G7 sammitində, cəbhələrdə, Brüsseldə, bombalanmış elektrik stansiyasının qarşısında uzun söhbətlər... Yaxından işlədiyim çox az adam var, onlardan da biri siz idiniz”.
Eyni zamanda, Kulebaya ən xoş arzularını çatdıran Berbok, onunla Ukraynada sülh və azadlıq yenidən hökm sürəndə görüşməyə ümid etdiyini qeyd edib.
Xatırladaq ki, Dmitri Kuleba bu gün Ukraynanın xarici işlər naziri vəzifəsindən rəsmən azad edilib. Ukrayna Ali Radası onun istefasını təsdiqləyib.
İbrahim Cəfərov
çap et