525.Az

Zelenski silah istəmək üçün Almaniyaya gedir


 

Zelenski silah istəmək üçün Almaniyaya gedir<b style="color:red"></b>

Ukrayna prezidenti Vladimir Zelenski sabah Almaniyaya yollanacaq.

525.az xəbər verir ki, bu barədə “Der Spiegel” yazıb.

Qeyd olunur ki, Zelenski sentyabrın 6-da “Ramştayn” qrupunun iclasına qatılacaq.

İclas zamanı o, müttəfiqlərdən Kiyevə daha çox silah vermələrini xahiş edəcək.

Məlumatda o da xatırladılır ki, artıq bir neçə gündür Ukraynanın müdafiə naziri Rustem Umerov da Almaniyada rəsmi səfərdədir.

İbrahim Cəfərov

 





05.09.2024    çap et  çap et