Çin modernləşməni birgə təşviq etmək üçün qarşıdakı üç ildə Afrika tərəfi ilə 10 tərəfdaşlıq fəaliyyət planını həyata keçirməyə hazırdır.
525.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Sədri Si Cinpin Çin-Afrika Əməkdaşlıq Forumun (FOCAC) Zirvə toplantısında bəyan edib.
O bildirib ki, dünya əhalisinin üçdə bir hissəsinin yaşadığı Çin və Afrikanın modernləşdirilməsi olmadan qlobal modernləşmə mümkün olmayacaq.
Si Cinpin deyib ki, 10 tərəfdaşlıq fəaliyyət planı müxtəlif sivilizasiyalar arasında mübadilə, ticarət, sənaye, səhiyyə, kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafı, insanların rifahının atrması, mədəni və humanitar mübadilə, yaşıl inkişaf və ortaq təhlükəsizlik kimi sahələri əhatə edəcək. Vurğulayıb ki, Çin-Afrika münasibətləri yeni erada ortaq gələcəkli, hərtərəfli Çin-Afrika birliyi səviyyəsinə qalxıb.
Si Cinpin Pekinin diplomatik əlaqələr qurmuş bütün Afrika ölkələri ilə ikitərəfli əlaqələrini strateji münasibətlər səviyyəsinə qaldırmaq təşəbbüsü ilə çıxış edib. Onun sözlərinə görə, iki tərəfin təxminən 70 il ərzində yorulmaz səyləri sayəsində Çin-Afrika münasibətləri indi öz tarixinin ən yaxşı dövrünü yaşayır.
Pərvanə Sultanova
çap et