525.Az

Almaniya və Səudiyyənin XİN başçıları Qəzzanı müzakirə ediblər


 

Almaniya və Səudiyyənin XİN başçıları Qəzzanı müzakirə ediblər<b style="color:red"></b>

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan Ər-Riyadda almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb.

525.az ərəb mətbuatına istinadən xəbər verir ki, görüş zamanı hər iki nazir ölkələr arasında diplomatik əlaqələri nəzərdən keçirib, ikitərəfli əlaqələrin gücləndirilməsi, regional və qlobal məsələlərdə əməkdaşlığın genişləndirilməsi istiqamətində görüləcək tədbirləri müzakirə ediblər.

Həmçinin Qəzza zolağında davam edən vəziyyət və bununla bağlı səylər barədə fikir mübadiləsi aparılıb.

Pərvanə Sultanova

 





05.09.2024    çap et  çap et