525.Az

Qərb Ukraynaya qalib gəlməkdə kömək edə bilməyəcək - ABŞ nəşri


 

Qərb Ukraynaya qalib gəlməkdə kömək edə bilməyəcək - <b style="color:red">ABŞ nəşri</b>

 

Ukrayna hətta Qərb dövlətlərinin köməyi ilə də Rusiyaya qalib gələ, əraziləri geri qaytara bilməyəcək.

525.az xəbər verir ki, bu barədə Amerikanın “Responsible Statecraft” nəşri yazıb.

“İndi heç bir perspektiv yoxdur ki, hətta Qərbin hərbi təchizatı ilə belə, Ukrayna Rusiyanı sarsıdıcı məğlubiyyətə uğrada və itirilmiş ərazilərini güc yolu ilə geri qaytara bilər”, - məqalədə vurğulanıb.

Qeyd olunur ki, Ukrayna indi Ukrayna ordusunun çökməsi ehtimalı ilə üzləşib: “Faktlar onu göstərir ki, mümkün danışıqlar üçün hərbi mövqelərini gücləndirən Ukrayna deyil, Rusiyadır. Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələrin bu tendensiyanı əhəmiyyətli dərəcədə dəyişəcəyi heç də aydın deyil”.

Sentyabrın 5-də Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında Ukraynada münaqişənin 2014-cü ildə çevrilişlə başladığını bəyan edib. Onun sözlərinə görə, hazırda onlar bu münaqişənin səbəblərini xatırlamamağa üstünlük verirlər.

Eyni zamanda, Putin qeyd edib ki, Rusiya Ukrayna münaqişəsinin həllində səmimi maraq göstərən ölkələrə hörmətlə yanaşır. Məsələn, Çin, Braziliya, Hindistan rəhbərləri vəziyyəti anlamaq istəyirlər və Rusiya Federasiyası bu məsələ ilə bağlı onlarla daim əlaqə saxlayır. Putin onu da deyib ki, Rusiya heç vaxt Ukrayna ilə bağlı danışıqlardan imtina etməyib.

Pərvanə Sultanova

 





05.09.2024    çap et  çap et