Bu gün Andrey Sibiqanın xarici işlər naziri təyinatından sonra Ali Rada daha bir neçə nazirliyə yeni başçını təsdiqləyib.
525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Olqa Stefanişina ədliyyə naziri seçilib. O, bu vəzifədə Denis Malyuskanı əvəzləyib.
Az əvvəl vəzifəsindən istefa vermiş keçmiş xarici işlər naziri Aleksey Kulebaya Ukrayna ərazilərinin və icmaların inkişafı naziri vəzifəsi həvalə olunub.
Bunlardan başqa Svetlana Qrinçuk ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri, Matvey Bidnıy gənclər və idman naziri, Nikolay Toçitski mədəniyyət naziri, Natalya Kalmıkova veteranların işi üzrə nazir, German Smetanin strateji sənaye naziri, Vitali Koval aqrar siyasət və ərzaq naziri təyin olunublar.
L.Tağıyeva
çap et