525.Az

Tramp: “Prezident seçilsəm, Kennedinin öldürülməsi ilə bağlı arxivi açdıracağam”


 

Tramp: “Prezident seçilsəm, Kennedinin öldürülməsi ilə bağlı arxivi açdıracağam”<b style="color:red"></b>

ABŞ prezidentliyinə namizəd Donald Tramp qatıldığı "YouTube" proqramında UFO-lar və Kennedinin öldürülməsi ilə bağlı açıqlamalar verib.

525.az “HABER GLOBAL”a istanadən xəbər verir ki, ABŞ-nin 45-ci prezidenti və qarşıdan gələn seçkilərdə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp çərşənbə axşamı yutuber Lex Fridman tərəfindən yayımlanan proqramda yenidən prezident seçilərsə, ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) daha çox UFO şəkilləri dərc etdirəcəyini bildirib.

Fridmanın podkastında Tramp sələflərindən biri Con Kennedinin öldürülməsindən də danışıb.

“Bir çox insan mənə Kennedi ilə bağlı daha bir arxivi açdırmağımı xahiş edir”, - deyən Tramp prezident seçiləcəyi təqdirdə sui-qəsdlə bağlı yeni sənədləri açıqlayacağını əlavə edib.

Ləman İlkin

 





05.09.2024    çap et  çap et