Yaponiyada 4 zolaqlı magistral yol uçub.
525.az “TRT Haber”ə istinadən xəbər verir ki, Yaponiyanın İçihara şəhərində 4 zolaqlı avtomobil yolu səhər saatlarında naməlum səbəbdən uçub.
Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin Çiba Milli Avtomobil Yolu İdarəsi hadisədən sonra yolun hər iki istiqamətdə nəqliyyata bağlandığını açıqlayıb, ölən və yaralananların olmadığı bildirilib.
Səlahiyyətli şəxslər dünən bölgəyə yağan güclü yağışın yerin yumşalamasına səbəb ola biləcəyini ifadə edərək, hadisə ilə bağlı ətraflı araşdırma başlandığını açıqlayıblar.
Qeyd edək ki, Yaponiyanın Çiba əyaləti ötən gün güclü yağışlara məruz qalıb və bir çox bölgədə daşqınlar baş verib. Ştat daxilində 112 min insana təxliyə xəbərdarlığı edilib qatarların hərəkətində də fasilələr yaranıb.
Ləman İlkin
çap et