525.Az

Baydenin oğlu vergidən yayındığını etiraf edib


 

Baydenin oğlu vergidən yayındığını <b style="color:red"> etiraf edib</b>

ABŞ prezidenti Co Baydenin oğlu Hanter vergidən yayınmaqla bağlı günahını etiraf edib. 

525.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

“Hunter Bayden federal vergi işində ona qarşı irəli sürülən bütün ittihamları qəbul edib”, - deyə açıqlamada qeyd olunub.

Ağ ev rəhbərinin oğlu ilə bağlı məhkəmə dekabrın 16-na təyin edilib.

Daha əvvəl yayılan xəbərə görə, Co Bayden bildirib ki, oğlunun günahı sübuta yetiriləcəyi təqdirdə, onu əfv etmək fikrində deyil. Həmçinin Ağ evdən də verilən açıqlamada Hanter Baydenə hər hansı güzəşt olunmayacağı bəyan edilib.  

Xatırladaq ki, ötən ilin dekabrında Baydenin oğlu 9 maddə üzrə vergidən yayınmaqda ittiham edilib. Günahı sübuta yetiriləcəyi halda, onu 17 il müddətinə həbs cəzası gözləyir.

İbrahim Cəfərov

 





06.09.2024    çap et  çap et