525.Az

İtaliya prezidenti mafiyaya görə dindirildi


 

İtaliya prezidenti mafiyaya görə dindirildi<b style="color:red"></b> İtaliya prezidenti Giorgio Napolitano ifadə verib.
 
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, onun ötən əsrin 90-cı illərində mövcud olan mafiya ilə bağlı şahid qismində ifadəsi alınıb.

Prezident hakim və prokurorlar tərəfindən üç saata yaxın dindirilib.

Dövlət başçısına 1993-ci ildə ən böyük mafiya təşkilatlarından olan Cosa Nostra ilə əməkdaşlıq edən sabiq
daxili işlər naziri Nicola Mancino haqqında da suallar verilib.

Qeyd edək ki, prokurorlar 1992-ci ildə öldürülən hakim Giovanni Falconenin və arvadının ölümündən sonra dövlət işçilərinin (məmurların) mafiya ilə əməkdaşlıq etdiyini iddia edirlər.
 





29.10.2014    çap et  çap et