“Kiyev Moskva ilə danışıqlara yalnız Qərbin icazəsindən sonra başlayacaq”.
525.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu sözləri türkiyəli politoloq Aydın Sezer deyib.
“Qərbin razılığı olmadan Ukraynanın danışıqlar masasına oturacağına inanmıram. Ona görə də indiki halda ABŞ-dəki seçkiləri gözləmək lazımdır. Yalnız prezident seçkisindən sonra vəziyyəti düzgün qiymətləndirmək olar. İndiki məqamda İstanbulda danışıqlar aparılması real görünmür”, - deyə politoloq qeyd edib.
Aydın Sezer xatırladıb ki, rəsmi Kiyev 2022-ci ilin yazında İstanbulda əldə olunan razılaşmaları imzalamaqdan İngiltərənin təzyiqi ilə imtina etdi. Onun sözlərinə görə, geridə qalan müddətdə danışıqlar prosesində hər hansı bir dəyişiklik yoxdur.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
İbrahim Cəfərov
çap et