NATO-nun Baş katibi Yens Stoltenberq Çini Rusiyanın Ukraynada apardığı müharibəyə dəstəyi dayandırmağa çağırıb və bildirib ki, Pekinin yardımı bu hərbi əməliyyatların davam etdirilməsində mühüm amildir.
525.az bu barədə “Report” -a istinadən xəbər verir.
“Çin Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə həlledici amilə çevrilib. Mən Çini Rusiyaya dəstəyi dayandırmağa çağırıram”, - Y.Stoltenberq Osloda jurnalistlərə bildirib.
Çin bundan əvvəl NATO-nun analoji bəyanatlarını qərəzli adlandırmışdı.
çap et