525.Az

İran səfiri: XİN başçılarının 3+3 formatında görüşünün dəqiq tarixi müəyyən edilib


 

İran səfiri: XİN başçılarının 3+3 formatında görüşünün dəqiq tarixi müəyyən edilib<b style="color:red"></b>

Xarici işlər nazirlərinin Türkiyədə keçirilməsi nəzərdə tutulan 3+3 formatında görüşünün dəqiq tarixi müəyyən edilib.

525.az “Report” -a istinadən xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani bildirib.

“Tədbirin dəqiq tarixi var və o, diplomatik kanallarla elan ediləcək”, - səfir vurğulayıb.

Xatırladaq ki, 3+3 formatına Azərbaycan, Türkiyə, İran, Gürcüstan, Rusiya və Ermənistan daxildir. XİN başçılarının ilk görüşü 2021-ci ilin dekabrında Moskvada, ikinci toplantı isə 2023-cü ilin oktyabrında Tehranda baş tutub.

 





06.09.2024    çap et  çap et