525.Az

Azərbaycan cüdoçusu Avropa çempionu olub


 

Azərbaycan cüdoçusu Avropa çempionu olub<b style="color:red"></b>

Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.

525.az xəbər verir ki, millimiz aktivinə daha bir qızıl medal yazdırıb.

73 kq çəki dərəcəsində mübarizə aparan Vüsal Qələndərzadə 1/16 final mərhələsində kosovolu Dion Şarapollini üstələyib. O, daha sonra Emre Karadumana (Türkiyə) qalib gəlib. Qələndərzadə1/4 finalda Peter Jeanı yolundan kənarlaşdıraraq yarımfinala yüksəlib. O, növbəti rəqibi Mate Beruaşvilini (Gürcüstan) də məğlub edib.

Qələndərzadə finalda bolqarıstanlı rəqibi Dimitar Qospodinovu məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 





06.09.2024    çap et  çap et