525.Az

ABŞ dövlət katibinin müavini Kiyevə səfər edib


 

ABŞ dövlət katibinin müavini Kiyevə səfər edib<b style="color:red"></b>

ABŞ dövlət katibinin müavini və ABŞ-nin Ukraynanın iqtisadi bərpası üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edən Riçard Verma Kiyevə səfər edib.

525.az xəbər verir ki, bu barədə ABŞ-nin Ukraynadakı səfiri Bricit Brink “X” sosial şəbəkəsində hesabında paylaşım edib.

“Mən ABŞ dövlət katibinin müavini Riçard Vermanı yenidən Kiyevdə salamlamaqdan məmnunam”, - paylaşımda bidirilib.

Onun sözlərinə görə, dövlət katibinin müavini ABŞ-nin Ukraynanın iqtisadi bərpasına dəstəyini müzakirə etmək üçün gəlib.

 





06.09.2024    çap et  çap et