ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca, Rusiyanın seçkilərə “müdaxiləsi” ilə bağlı daha çox hekayələrin şahidi olacağıq.
525.az xəbər verir ki, bunu rusiyalı politoloq Yuri Svetov Qərb mətbuatında dərc olunan məqalələrə münasibət bildirərkən deyib.
Bir neçə gün əvvəl Associated Press-də yayımlanan məqalədə qeyd edilib ki, Kremlin taktikası onun ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələrinə təsir göstərmək cəhdlərinin artmasından xəbər verir.
“Öz seçicilərinə qarşı belə hörmətsiz münasibət, onları axmaq kimi qələmə verməkdir”, - politoloq vurğulayıb.
Onun sözlərinə görə, əgər insan ABŞ hakimiyyətinin iqtisadi siyasətinin uğursuzluğunu hiss edirsə və Ukraynanın yox, öz ölkəsinin qayğısına qalmağa çağırırsa, onda rus agenti adlandırılacaq.
O deməyə başlayanda ki, “Bəlkə biz uzaq Ukrayna ilə məşğul olmayaq? Gəlin öz məmləkətimizin qayğısına qalaq, miqrantlarla bağlı məsələləri həll edək”, ona “Rus agentisən!”, deyirlər. Məhz bu kontekstdə insanların səslərini boğub, susdurmağa çalışırlar. Buna görə də biz bu cür hekayələri gözləyirik və onlar kifayət qədər çox olacaq.
Pərvanə Sultanova
çap et