525.Az

Çin-Afrika Əməkdaşlıq Forumunun zirvəsi tam uğur qazandı


 

Çin-Afrika Əməkdaşlıq Forumunun zirvəsi tam uğur qazandı<b style="color:red"></b>

Pekinin ev sahibliyi etdiyi 2024-cü il Çin-Afrika Əməkdaşlıq Forumunun zirvə toplantısı uğurla başa çatdı.

525.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van Yi mətbuat konfransında bildirib.

Sammitin əsas nəticələrindən danışan XİN rəhbəri Çin ilə diplomatik əlaqələri olan bütün Afrika ölkələri arasında ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldildiyini diqqətə çatdırıb.

Bundan əlavə, XİN rəhbərinin sözlərinə görə, Çinin bütün Afrika ilə əlaqələri yeni dövrdə ortaq gələcəkli, hərtərəfli Çin-Afrika birliyi səviyyəsinə qalxıb. Van Yi Çin və Afrikanın modernləşdirilməsini birgə təşviq etmək üçün altı əsas təklifin irəli sürüldüyünü bildirib.

O qeyd edib ki, Çin-Afrika əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün fəaliyyət planı hazırlanıb və Çin Sədri Si Cinpin qarşıdakı üç il ərzində 10 sahədə modernləşməni birgə təşviq etmək üçün Çin və Afrika arasında tərəfdaşlıq proqramını təklif edib.

Nazir xatırladıb ki, sammit zamanı Çin və Afrika qarşılıqlı əsas maraqlara toxunan məsələlərdə bir-birlərini möhkəm dəstəkləmək və əsl çoxtərəflilik tətbiq etmək barədə razılığa gəliblər. Çin diplomatı söyləyib ki, sammit Qlobal Cənubun birliyə və əməkdaşlığa güclü inamını nümayiş etdirdi.

Pərvanə Sultanova

 





06.09.2024    çap et  çap et