525.Az

Niderland Ukraynaya F-16-lar üçün raketlər verəcək


 

Niderland Ukraynaya F-16-lar üçün raketlər verəcək<b style="color:red"></b>

Niderland Ukraynaya F-16 döyüş təyyarələri üçün texniki xidmət avadanlığı, ehtiyat hissələri və “hava-hava” raketləri təhvil verəcək.

525.az xəbər verir ki, bu barədə Almaniyanın Ramşteyn aviabazasında Ukrayna üzrə təmas qrupunun iclası zamanı Krallığın müdafiə naziri Ruben Brekelmans bildirib.

“F-16-lar texniki xidmət və ehtiyat hissələri tələb edir. Bu olmadan onlar uça bilməzlər. Niderland 80 milyon avro dəyərində material tədarük edəcək”, - nazir deyib.

Brekelmansın sözlərinə görə, ehtiyat hissələri ilə yanaşı, yardım paketinə generatorlar, nəqliyyat vasitələri, xüsusi alətlər də daxildir. O, əməliyyat təhlükəsizliyini əsas gətirərək bu tranşda nə qədər “hava-hava” raketinin ötürüləcəyini açıqlamayıb.

Pərvanə Sultanova

 





06.09.2024    çap et  çap et