525.Az

Millətlər Liqası: Azərbaycan millisi bu gün növbəti görüşünü keçirəcək


 

Millətlər Liqası: Azərbaycan millisi bu gün növbəti görüşünü keçirəcək<b style="color:red"></b>

Azərbaycan yığması UEFA Millətlər Liqasında bu gün növbəti oyununu keçirəcək.

525.az-ın məlumatına görə, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Slovakiya yığması ilə üz-üzə gələcək.

Koşitse şəhərindəki “Koşitse Futbol Arenası”nda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qarşılaşmanı polşalı FIFA referisi Damian Silvestrjak idarə edəcək.

UEFA Millətlər Liqası
C Liqası, I qrup
II tur
8 sentyabr
20:00. Slovakiya - Azərbaycan
Baş hakim: Damian Silvestrjak (Polşa).
Koşitse, “Koşitse Futbol Arenası”

Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasındakı ilk matçında Bakıda İsveç seçməsinə 1:3 hesabı ilə məğlub olub.

 





08.09.2024    çap et  çap et