ABŞ-də itkin düşmüş 13 yaşlı qız bir neçə gündən sonra böyüklər üçün həbsxanada tapılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, tragikomik hadisə polis səhlənkarlığı üzündən baş verib.
Qızcığaz mağazadan oğurluq etdiyi üçün polis tərəfindən saxlanılıb. Dindirmə zamanı o, əsl yaşını gizlədərək həddi-buluğa çatdığını bildirib.
Üstəlik, polisə öz adını deyil, başqa ad təqdim edib. Polis isə qıza inanaraq onu düşünülmüş adla böyüklər üçün həbsxanaya yerləşdirib.
Həqiqət üzə çıxdıqda qız qanunla onu bir neçə gündür ki, axtaran ailəsinə təhvil verilib. İşi aparan polis işçiləri isə cəzalanıblar.
Qeyd edək ki, balaca oğru ailəsinə təhvil verilməsinə baxmayaraq, onu qarşıda məhkəmə gözləyir.
L.Tağıyeva
çap et