Şimali Osetiyada 2 avtomobilin iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, faciə Mozdok-Çermen yolunun 64-cü km-də qeydə alınıb.
Qarşı-qarşıya toqquşan "Kia Sorento" və "Honda Elision"un salonunda 9 sərnişin olub ki, onlardan 4-ü hadisə yerində, 1-i isə xəstəxanaya aparılarkən, yolda dünyasını dəyişib.
Digər 4 yaralı Nazran xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, 9 nəfərin hamısı İnquşetiya vətəndaşları olublar. Həlak olanlardan 4-ü - ana, 2 oğul və qız bir ailənin üzvləridir.
L.Tağıyeva
çap et