Almaniya Müdafiə Nazirliyi Danimarka və Niderlandla birlikdə hərbi yardım kimi Ukraynaya 77 "Leopard 1A5" tankı bağışlayacaq.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.
Pistorius həmçinin, Danimarka ilə birlikdə eyni 58 model tankın Ukrayna ordusuna təhvil verdiklərini, 77 tankın isə qısa müddətdə ünvanına çatdırılacağını deyib.
Qeyd edək ki, Almaniya Ukraynaya 12 "Panzerhaubitze 2000" özüyeriyən artilleriya qurğusu da verməyi nəzərdə tutub.
L.Tağıyeva
çap et