Kanadada balıq və təbii sərvətlər departamentinin əməkdaşları insanlara hücum edən ayını axtarırlar.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə gün əvvəl Kalqarinin 53 km-də yerləşən Medden yaşayış məntəqəsi yaxınlığında ayı bir nəfərə hücum edib.
Zərərçəkmişin polisə verdiyi məlumata görə, o, meşə kənarında ana ayı və balaları ilə rastlaşıb. Aqressiv ana dərhal kişiyə hücum edib və ona ölümcül olmasa da, ağır xəsarətlər yetirib.
Departament nümayəndələri ayının kişinin bədənində qalmış fraqmentləridən DNT nümunələri götürüblər və məlum olub ki, hələ 2021-ci ildə məhz bu yırtıcı Kalqari Universitetinin professoru Devid Lertsmanın ölümünə səbəb olub.
Bundan sonra müvafiq qurumlar ayını zərərsizləşdirmək qərarına gəliblər. Müxtəlif yerlərdə tələlər qurulub, ərazinin havadan müşahidəsi aparılır. Sakinlərə ehtiyatlı olmaq və üzərlərində ayıları qorxutmaq üçün spreylər götürmələri tövsiyə edilib.
Qeyd edək ki, hələlik ayını tutmaq mümkün olmayıb.
L.Tağıyeva
çap et