525.Az

NYT: Tramp və Harrisin seçici dəstəyi demək olar ki, eyni səviyyədədir


 

NYT: Tramp və Harrisin seçici dəstəyi demək olar ki, eyni səviyyədədir<b style="color:red"></b>

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp və onun demokrat rəqibi Kamala Harris demək olar ki, eyni səviyyədə seçici dəstəyinə malikdir.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzetinin və “Siena” Kolleci Tədqiqat İnstitutunun sentyabrın 10-da debatdan əvvəl açıqladığı sorğuda göstərilib.

Araşdırmaya görə, Trampı respondentlərin 48%-i, respondentlərin 47%-i isə Harrisi dəstəkləyir. Eyni zamanda Harris vacib 7 ştatının üçündə Trampı qabaqlayır. Bu ştatlar noyabrda keçiriləcək prezidentlik yarışının nəticəsinə mühüm təsir edəcək.

Harris Viskonsin (49% - 47%), Miçiqan (48% - 46%) və Pensilvaniyada (49% - 48%) liderdir. Namizədlər Arizona, Corciya, Nevada və Şimali Karolina ştatlarında da oxşar səviyyədə dəstək alıblar. Sorğu sentyabrın 3-dən 6-dək 1695 amerikalı arasında aparılıb.

 





08.09.2024    çap et  çap et