Bolqarıstanın energetika naziri Vladimir Malinov və Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habek enerji sektorunda əməkdaşlıq haqqında bəyannamə imzalayıblar.
525.az APA -ya istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bəyannamə Yunanıstanın Saloniki şəhərində keçirilən beynəlxalq enerji forumunda imzalanıb.
çap et