525.Az

Yavuz Axundlu düşüncələri "Xatirələr işığında"


 

Yavuz Axundlu düşüncələri "Xatirələr işığında"<b style="color:red"></b>

Bu yaxınlarda ədəbiyyatşünas alim Yavuz Axundlunun "Xatirələr işığında" kitabı nəşr olunub.

Müəllif kitabın girişində hələ gənclikdən xatirə ədəbiyyatına maraq göstərdiyini vurğulayıb: "...Türkiyə ilə əlaqələr yarandıqdan sonra türk dilində bu mövzuda müxtəlif kitablar, o cümlədən Camal paşanın xatirələrini, Çanaqqala döyüşü haqqında, genosidə dair bir neçə kitab oxudum, rəsmi arxiv sənədləri ilə tanış olmaq imkanı əldə etdim. Son illərdə H.Əliyev haqqında Azərbaycan rus dillərində yazılmış kitabları da maraqla oxumuşam. Bütün bunlar mənim xatirələrimlə bağlı olmasa da, dünyagörüşümün inkişafına xeyli kömək göstərib. Xatirələri yazarkən heç bir mənbədən, qeydlərdən, kitablardan istifadə etməmişəm.

Hadisələri
yadımda qalan kimi qələmə almışam. Hadisələrin şərhində, izahında yaddan çıxan məqamlar, bəzən səhvlər olması istisna deyil. Əzbərdən yazdığım şeir nümunələrində bəzi qüsurlar da ola bilər. Lakin oxucuları əmin edirəm ki, əsərdə təhrifdən söhbət gedə bilməz".

Kitabdakı materiallar "Səssiz fəryad", "Elmi axtarışlar yolunda ilk addımlar", "Yenidənqurma oyunu, ölkənin süqutu", "Ziyarətli günlərim" adlı fəsillərdə öz əksini tapıb. 

S.MÜRVƏTQIZI

 





29.10.2014    çap et  çap et