Mədəniyyət və Turizm Nazirliyinin "Yaddaş" sənədli filmlər studiyası tərəfindən 15 kino sənədi daimi saxlanılmaq məqsədilə Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.
Milli Arxiv İdarəsindən "525"ə bildirilib ki, hazırda "Qafqaza qayıdış", "Əsrin fonunda portret" (Mustafa Topçubaşov), "Tarixin daş salnamələri", "İncəsənətin qüvvəsi" (Elmira Şahtaxtinskaya), "Qədim yurdun daş kitabçası", "Azərbaycan Dövlət Neft Akademiyası-90", "Azərbaycan rəngkarlığının kraliçası", "Tahir Salahov", "Bəşəriyyətin beşiyi", "Aşiqi-sadiq", "Fırtınalar qoynunda keçəcək bir ömür" (Fuad Səmədov), "Xəlvətdə qalmış müdrik", "Çay bir aləm", "Yaddaşın rəmzi", "Nisgil" adlı sənədli filmlərin arxivin fonduna qəbulu rəsmiləşdirilir və hər bir filmin, kino sənədin müfəssəl elmi-məlumat bazası hazırlanır.
S.ABDULLAYEVA
çap et