525.Az

Plastik tullantılarla ən çox çirklənmiş ölkə


 

Plastik tullantılarla ən çox çirklənmiş ölkə<b style="color:red"></b>

Böyük Britaniyanın Lids Universitetinin alimlərinin apardığı araşdırmadan sonra bu ada Hindistan layiq görülüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar süni intellektin köməyi ilə təmizlənmiş və emal edilmiş hissəni nəzərə almasaq, Yer kürəsi hər il 52 milyon ton plastik tullantı ilə çirkləndirilir.

Birinci yerdə olan Hindistanın payına illik 9,3 milyon ton zibil düşür. İkinci yerdə Nigeriya və İndoneziya dayanır. Bu ölkələrin plastik tullantı payı Hindistandan 2,7 azdır.

Qeyd edək ki, mütəxəssislərin hesablamalarına görə, 1950-ci ildən günümüzə kimi istehsal olunan plastik məhsulların 10 milyard tonu zibil kimi təbiətdə qalmaqdadır.

L.Tağıyeva

 





09.09.2024    çap et  çap et