525.Az

Dünyanın ilk trillioneri kim olacaq?


 

Dünyanın ilk trillioneri kim olacaq?<b style="color:red"></b>

Bu ada ən real namizəd "SpaceX", "Tesla" kompaniyalarının və "X" sosial şəbəkəsinin sahibi İlon Maskdır.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə zəngin insanların "pullarını sayan"  "Informa Connect Academy" hesabatında göstərilib.
Araşdırmalara görə hər il sərvəti 110 faiz artan İlon Mask 2027-ci ildə dünyanın ilk trillioneri ola bilər.

Növbəti namizədlər hindistanlı milyarder Qautamu Adani, "Nvida" Texnologiya Kompaniyasının icraçı direktoru Censen Huanq və indoneziyalı maqnat Prajoqo Pangestudur. Onların sərvətlərini 1 trilyona çatdırması 2028-ci ildə reallaşa bilər.

Qeyd edək ki, İlon Mask hazırda dünyanın 2-ci ən varlı şəxsidir. Aprel ayında onun sərvəti 205 milyard dollar təşkil edirdi.

Yeri gəlmişkən, "LVMH Moet Hennessy Louis Vuitton"un sahibi Bernar Arno 210 milyard dollarlıq sərvətlə hazırda dünyanın ən varlı adamıdır.

L.Tağıyeva

 





09.09.2024    çap et  çap et