525.Az

BAEA rəhbəri Kursk AES-ə hücumların qarşısını almağa çağırıb


 

BAEA rəhbəri Kursk AES-ə hücumların qarşısını almağa çağırıb<b style="color:red"></b>

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi Kursk Atom Elektrik Stansiyasına hücumların qarşısını almağa çağırıb.

525.az xəbər verir ki, o, BAEA-nın Vyanada Rəhbərlər Şurasının növbəti sessiyasının açılışında müvafiq bəyanatla çıxış edib.

“Avqustun sonunda mən ciddi vəziyyətin yarandığı Kursk AES-də oldum. Hesab edirəm ki, nüvə qəzasının qarşısını almaq son dərəcə vacibdir”, - əlavə edib.

O, həmçinin atom elektrik stansiyalarına istənilən yerdə hücumun qəbuledilməzliyinə işarə edib.

Pərvanə Sultanova

 





09.09.2024    çap et  çap et