525.Az

Misir Almaniyadan Nefertitinin büstünü geri tələb edir


 

Misir Almaniyadan Nefertitinin büstünü geri tələb edir<b style="color:red"></b>

Misir Almaniyadan kraliça Nefertitinin büstünün qaytarılmasını tələb edir.

525.az bu barədə MIR24.TV-yə istinadən xəbər verir.

Bildirilir ki, Misirin tələb etdiyi artefaktların siyahısına Nefertitinin büstü ilə yanaşı, digər tarixi əşyalar da daxildir.

Bu kampaninın təşəbbüskarı keçmiş nazir, arxeoloq Zahi Havassdır. Onun Misirə qaytarılmasını istədiyi digər mədəni irs əşyalarının siyahısında Rosetta Daşı və Dendera Bürcləri də var.

Qeyd edək ki, arxeoloqlar kraliça Nefertitinin büstünü 1912-ci ildə Misirin Tell el-Amarna qəsəbəsində aparılan qazıntılar zamanı aşkarlayıblar. Bir il sonra büst Almaniyaya aparılıb və sonradan Berlindəki Yeni Muzeyin ən məşhur eksponatlarından birinə çevrilib.

İbrahim Cəfərov

 





09.09.2024    çap et  çap et