525.Az

U-19 millisi Uelsə uduzdu


 

U-19 millisi Uelsə uduzdu<b style="color:red"></b>

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi üçüncü yoldaşlıq oyununda da məğlub olub.

525.az xəbər verir kə, yığma İspaniyanın Mursiya şəhərində bu gün Uelslə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə bitib. Daha əvvəl Şotlandiyaya da uduzan (0:2) U-19 Niderlanda da məğlub olub - 0:3.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 2-dən İspaniyada təlim-məşq toplanışındadır.

 





09.09.2024    çap et  çap et