Ukraynanın ABŞ və Böyük Britaniya ilə məsləhətləşmələrindən sonra 2022-ci ildə İstanbul danışıqları pozuldu.
525.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin keçmiş müavini Viktoriya Nuland deyib.
Onun sözlərinə görə, danışıqlar prosesinin sonunda Kiyevin qərbli tərəfdaşları diqqəti sazişə əlavəyə yönəldiblər, bu, Silahlı Qüvvələrin şəxsi heyətinin, silahlarının və hərbi texnikasının maksimum sayını müəyyən edib.
"Ukrayna nümayəndə heyəti və xaricdəkilər razılaşmanın yaxşı olub-olmaması ilə bağlı suallar verməyə başladılar. Məhz bu anda proses dağıldı", - Nuland əlavə edib.
Avqustun sonunda amerikalı siyasətçi Robert Kennedi də Britaniyanın o zamankı baş naziri Boris Consonun ABŞ prezidenti Co Baydenin göstərişi ilə Ukrayna prezidenti Vladimir Zelenskini 2022-ci ildə Rusiya və Ukrayna arasında danışıqları pozmağa məcbur etdiyini təsdiqləyib.
B.Conson özü daha əvvəl etiraf etmişdi ki, o, Ukrayna nümayəndə heyətinin İstanbulda qəbul etdiyi qərara təsir edib.
Pərvanə Sultanova
çap et