525.Az

Nüvə silahı Minskin mövqeyini gücləndirib - Belarus MN


 

Nüvə silahı Minskin mövqeyini gücləndirib - <b style="color:red"> Belarus MN</b>

Nüvə silahları Minskin beynəlxalq arenada danışıqlarda mövqeyini gücləndirməyə imkan verib.

525.az xəbər verir ki, bu barədə Belarusun Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Valeri Revenko bildirib.

Onun sözlərinə görə, Belarusda nüvə silahının ortaya çıxması Qərbi narahat edən faktora çevrilib və Minskin danışıqlardakı mövqeyini gücləndirib. Revenko əlavə edib ki, nüvə silahı Belarusa verilməzdən əvvəl Qərbin Minskə münasibəti özünəməxsus idi. Onlar hesab edirdilər ki, Belarus Qərb siyasətinin regionda irəliləməsinə ciddi maneə olmayacaq. Minskin sərəncamında nüvə silahının olması ölkənin təhlükəsizliyini də artırıb.

Daha əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, bu gün Qərb nüvə silahına malik Rusiya və Belarusla nə edəcəyini bilmir.

Pərvanə Sultanova

 





09.09.2024    çap et  çap et