525.Az

Serbiyanın Madriddəki səfiri hücuma məruz qalıb


 

Serbiyanın Madriddəki səfiri hücuma məruz qalıb<b style="color:red"></b>

Madridin mərkəzində Serbiyanın bu ölkədəki səfiri İrena Şaraca hücum edilib.

525.az xarici mətbuata istinadən xəbər verir ki, Serbiyanın xarici işlər naziri Marko Curiç İspaniya hakimiyyətini insidenti araşdırmağa çağırıb.

Hadisə sentyabrın 8-də baş verib. Naməlum kişi telefonla danışan səfirə yaxınlaşaraq onun Serbiya vətəndaşı olub-olmadığını soruşub. Hücum edən şəxs daha sonra qadını arxadan təpikləyərək qaçıb.

Curiç diplomata fiziki hücumu pislədiyini bildirib, bu cür zorakılıq hallarının yolverilməz olduğunu deyib: “Biz hərtərəfli təhqiqatın aparılmasına və günahkarın məsuliyyətə cəlb olunmasına çağırırıq”.

Pərvanə Sultanova

 





09.09.2024    çap et  çap et