525.Az

Deşam Mbappeyə istirahət verəcək


 

Deşam Mbappeyə istirahət verəcək<b style="color:red"></b>

Fransa millisinin hücumçusu Kilian Mbappe Millətlər Liqasında Belçika ilə matçda ehtiyat oyunçular skamyasında qalacaq.

QOL.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb. Bildirilib ki, millinin baş məşqçisi Didye Deşam sözügedən oyunda "Real"ın hücumçusuna istirahət verməyə qərar verib.

Qeyd edək ki, bu gün keçiriləcək Belçika - Fransa matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

 





09.09.2024    çap et  çap et