525.Az

İsveçdən Ukraynaya 17-ci hərbi yardım paketi


 

İsveçdən Ukraynaya 17-ci hərbi yardım paketi<b style="color:red"></b>

İsveç hökuməti Ukraynaya 17-ci hərbi yardım paketini ayıracaq.   

525.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Pol Yonson bildirib.

İsveçli nazirin sözlərinə görə, budəfəki yardım paketinin həcmi 4,6 milyard kron (təxminən 443,5 milyon dollar - İ.C.) təşkil edəcək.

Buraya hərbi texnika üçün sursat və kamuflyaj, PUA-lar üçün təchizat, hərbi geyim, qoruyucu maskalar, hava hücumundan müdafiə sistemləri, 6 ədəd “Stridsb t 90” amfibiya hücum kateri və təxminən 67,48 milyon dollar maliyyə yardımı daxildir.

Pol Yonson onu da əlavə edib ki, hərbi yardım paketinin tam siyahısı Ukraynanın istəyi ilə tərtib olunub.

İbrahim Cəfərov

 





09.09.2024    çap et  çap et