İspaniya La Liqasında avqust ayının ən yaxşı məşqçisi müəyyənləşib.
QOL.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. Ötən ayın ən yaxşısı "Barselona"nın baş məşqçisi Hans-Diter Flik olub.
Almaniyalı mütəxəssisin komandası İspaniya çempionatında 4 oyunun hər birində qazanıb. "Barselona" "Valensiya" (2:1), "Atletik" (2:1), "Rayo Valyekano" (2:1) və "Valyadolid"i (7:0) məğlub edib.
Qeyd edək ki, Flik bu ilin may ayında Kataloniya klubunun baş məşqçisi təyin olunub.
çap et