525.Az

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Gürcüstana səfər edib


 

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Gürcüstana səfər edib<b style="color:red"></b>

Türkiyə hökumətinin Nazirlər Kabinetinin iclasından sonra ölkənin Milli Müdafiə naziri Yaşar Gülər Gürcüstana səfər edib.

525.az APA-ya istinadən xəbər verir ki, Yaşar Gülər ​​Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli müdafiə nazirlərinin toplantısında iştirak etmək üçün Gürcüstana gedib.

Bu haqda məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi “X” hesabında öz əksini tapıb. Toplantının məzmunu haqda heç bir əlavə məlumat verilməyib.

 





09.09.2024    çap et  çap et