525.Az

Putinin xərçəng xəstəsi olması barədə məlumat təkzib edilib


 

Putinin xərçəng xəstəsi olması barədə məlumat təkzib edilib<b style="color:red"></b> Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin ağır xəstə olması ilə bağlı Qərb mətbuatında yer alan məlumatları təkzib edib.
 
APA-nın məlumatına görə, D. Peskov Rusiya prezidentinin səhhətində problemin olmadığını bildirib.
 
“Onlar bu günü görməyəcəklər. Hər şey yaxşıdır”, - deyə o vuğulayıb. 
 
Qeyd edək ki, bir neçə gün öncə “New York Post” qəzeti V. Putinin mədəaltı vəzi xərcəngi xəstəliyindən əziyyət çəkməsi barədə məlumat yayıb.
 





29.10.2014    çap et  çap et