525.Az

ABŞ-də orta məktəbdə atışma - 2 nəfər ölüb


 

ABŞ-də orta məktəbdə atışma - <b style="color:red">2 nəfər ölüb</b>

ABŞ-nin Corciya ştatında orta məktəbdə atışma nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli mənbələrin məlumatına görə, yerli vaxtla saat 11:30 radələrində Uinder şəhərindəki Apalachee Liseyində atəş səsləri eşidilib. Hücum nəticəsində iki nəfər həlak olub.

Hadisədən sonra məktəbə gələn polis qrupları ətrafdakı giriş-çıxışları bağlayıb. Yaralanan 4 nəfər təcili yardım helikopteri ilə xəstəxanaya aparılıb.

Şübhəlinin nəzarətə alındığı paylaşılıb.

İdman meydançasına toplaşan şagirdlər nəzarətli şəkildə ailələrinə təhvil verilib.

Hadisə ilə bağlı ABŞ prezidenti Baydenin məlumatlandırıldığı bildirilib.

Hələlik rəsmi mənbələrdən açıqlama verilməsə də, polisin hadisə yerində aktiv araşdırmalar davam etdiyi qeyd edilib.

Malik Atilay 

 





06.09.2024    çap et  çap et