525.Az

Ukrayna: Rusiyanın Lvova raket hücumu nəticəsində 5 nəfər ölüb


 

Ukrayna: Rusiyanın Lvova raket hücumu nəticəsində 5 nəfər ölüb<b style="color:red"></b>

Rusiya ordusunun Ukraynanın Lvov şəhərinə həyata keçirdiyi raket hücumunda 5 nəfər ölüb, çoxlu sayda yaralı var.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski "X" hesabında verdiyi açıqlamada Rusiya ordusunun Lvov şəhərinə raket hücumu həyata keçirdiyini bildirib.

Hücumun mülki infrastruktura həyata keçirildiyinə diqqət çəkən Zelenski, mövcud məlumata görə, hücum nəticəsində biri uşaq olmaqla 5 nəfərin öldüyünü, 30-dan çox insanın isə yaralandığını bildirib və əlavə edib: “Adi yaşayış binaları, şəhərdəki məktəblərə, tibb müəssisələrinə ziyan dəyib”.

Rusiya ordusunun Kriviy Riq şəhərinə də raket hücumu həyata keçirdiyini qeyd edən Zelenski bu hücumda 5 nəfərin yaralandığını qeyd edib.

Rusiyanın Ukrayna şəhərlərinə hücumlarını “terror aktları” kimi xarakterizə edən Zelenski dünyanı bu hücumların qarşısını almaq üçün Ukraynaya dəstəyi davam etdirməyə çağırıb.

Lvov vilayətinin Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski "Telegram" hesabında verdiyi yazılı açıqlamada, Lvova hücum nəticəsində 38 nəfərin yaralandığını bildirib. Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada paytaxt Kiyevə PUA hücumu təhlükəsinin davam etdiyi bildirilib.

Malik Atilay 

 





06.09.2024    çap et  çap et