Yeni Zelandiya turistlər üçün giriş haqqını demək olar ki, üç dəfə artırmağa qərar verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hökumətin bu açıqlaması turizm sektoru tərəfindən tənqid edilib və yüksək verginin ziyarətçilərin sayını azaldacağı iddia edilib.
Hökumət oktyabrın 1-dən beynəlxalq ziyarətçi, təbiəti mühafizə və turizm haqlarının 35 NZ$-dan 100 NZ$-a (61,85 ABŞ dolları) yüksəldiləcəyini açıqlayıb.
Bildirilib ki, bu artım turistlərin Yeni Zelandiyaya səfər edərkən ictimai xidmətlərə və yüksək keyfiyyətli təcrübələrə töhfə verməsini təmin etmək üçün edilib.
Malik Atilay
çap et