Yaponiya hökuməti ilin birinci yarısında yeni doğulanların sayının son 55 ildə "ən aşağı" səviyyəyə enməsini "olduqca kritik" kimi qiymətləndirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin (MHLW) yenilənmiş məlumatlarına görə, yanvar-iyun dövründə doğum sayı 350 min 74 olaraq qeyd edilib.
Ötən ilin ilk 6 ayı ilə müqayisədə 6 faiz azalan bu rəqəm 1969-cu ildən bəri "ən aşağı" olaraq qeydə alınıb.
Yanvar-iyun dövründə ölənlərin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 811 min 819 olaraq qeyd edilərkən, bu rəqəm son 55 ilin "ən yüksək"i olub.
Qeyd edək ki, Şərqi Asiya ölkəsi Yaponiyada ilin ilk 6 ayında yeni doğulan körpələrin sayı ardıcıl son 3 ildə 400 mindən az olub.
Malik Atilay
çap et